23.10.2017

“Həmkardan həmkara dəstək” layihəsinə start verilib

Təhsildə inkşaf və İnnovasiyalar üzrə I qrant müsabiqəsinin qalibi olmuş “Həmkardan həmkara dəstək” layihəsinə start verilib. Layihənin həyata keçirilməsi üçün Sabirabad şəhər 1 nömrəli məktəbdə rayonun müəllimlərilə  seminar keçirilib. Seminarda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunuun (TİPİİ) əməkdaşları, diaqnostik qiymətləndirmədən yüksək bal yığan müəllimlər iştirak edib.

“Həmkardan həmkara dəstək” layihəsinə əsasən ilk öncə ibtidai sinif, Azərbaycan dili və riyaziyyat fənn müəllimlərindən rayon üzrə diaqnostik qiymətləndirmədən (DQ) hər fənn üzrə 20 müəllim könüllü şəkildə seçilib və onlara 4 günlük təlimlər keçirlir. Daha sonra DQ-dən zəif nəticə göstərmiş müəllimlərə  hər həftənin 6-cı və bazar günləri könüllü təlimçi müəllimlər tərəfindən dekabrın 22-dək təlimlər keçiriləcək.

Qeyd edək ki, layihə respublikanın rayonları üzrə DQ-dən zəif nəticə göstərmiş 11 rayonunu əhatə edir.


Açar sözlər: ,