26.10.2017

V-IX sinif şagirdləri arasinda riyaziyyat fənni üzrə intellektual bilik yarışı keçirilib

Sabirabad rayonu Yastıqobu kənd ümumi orta məktəbin V-IX sinif şagirdləri arasinda riyaziyyat fənni üzrə intellektual bilik yarışı keçirilib.

Yarışın əsas məqsədi şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı şagirdləri üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli keçirməsinə kömək göstərməkdir.

Yarışda şagirdlər 3 komanda - Atəş, Zirvə və Alfa komandaları tərkibində mübarizə aparıblar.

Qalib komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,