30.10.2017

Zəngilanın işğalina həsr olunmuş tədbir keçirilib

Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə Zəngilanın işğalına həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird  kollektivi iştirak edib.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Mircamal Həşimov Zəngilan rayonu haqqında geniş məlumat verib. Şəhidlərimizin, əsgərlərimizin igidliyindən bəhs edən M. Həşimov şagirdlərə tövsiyə edərək bildirib ki, hər bir azərbaycanlı kimi  siz də bu  qəhrəmanlıq  nümunələrini bilməli, örnək götürməli, vətənimizin ərazi  bütövlüyünü təmin etmək  üçün əlinizdən gələni etməlisiniz.

Bundan sonra VI sinif şagirdləri qruplara bölünərək Zəngilan haqqında  apardıqları araşdırmaları tədbir  iştirakçılarına  təqdim ediblər.

Daha sonra Zəngilanda doğulub və rayonun işğalına qədər orada yaşayan ibtidai sinif müəllimi Gülcahan Vəliyeva Zəngilan haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Sonda şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.


Açar sözlər: ,