03.11.2017

“Milli musiqimizin inkişafında Bülbülün rolu" mövzusunda “dəyirmi masa” təşkil edilib

Sabirabad rayon 1 nömrəli Qaragüney kənd tam orta məktəbdə Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni Bülbülün 120 illiyinə həsr olunan tədbir “Milli musiqimizin inkişafında Bülbülün rolu mövzusunda “dəyirmi masa” təşkil edilib.

Tədbirlərdə böyük sənətkar Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılır, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyi bildirilir.

Milli musiqi mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermiş sənətkara həsr olunan tədbirdə şagirdlər Bülbülün repertuarından xalq mahnıları və klassik əsərlər ifa edirlər.

Sonda şagirdlər üçün qısa film nümayiş olunub.

 


Açar sözlər: ,