06.11.2017

Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Təhsil Nazirinin 07.04.2017-ci il tarixli, 193 nömrəli əmrinə əsasən Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə şagirdlər arasında milli-mənəvi dəyərləri inkşaf etdirmək, Azərbaycanın görkəmli şəxsləri haqqında məlumatları genişləndirmək, onların tarixdə yerini və vətənpərvərlik ruhunu gücləndirmək məqsədi ilə Azərbaycanın görkəmli şəxsi Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş  "Gözəllik və Həqiqət şairi Molla Pənah Vaqif " adlı tədbir keçirilib.

Tədbir Dövlət Himnin səslənməsi ilə açıq elan edilib. Görkəmli şair M.P.Vaqifin ədəbiyyatımızdakı mövqeyindən bəhs edən məktəbin direktoru onun əsərlərinin əhəmiyyətini vurğulayıb. Müəllimlərdən Aynur Salayeva ,Zərifə Qəhrəmanova digər çıxış edənlər də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi M.P.Vaqifin ədəbi irsi və ictimai fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, şairin humanizm ideyalarına, təbiət və insan gözəlliyinə həsr olunmuş əsərləri ədəbiyyatımızın ölməz söz inciləridir. Sonra şagirdlər M.P.Vaqifin əsərlərindən şeirlər səsləndir və səhnəciklər göstəriblər.


Açar sözlər: ,  ,