08.11.2017

"Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirilib

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə şagirdlər arasında milli vətənpərvərlik ruhunu gucləndirmək, miklli-mənəvi dəyərləri inkşaf etdirmək, dövlət rəmzlərinə ehtiramı artırmaq məqsədilə "Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirilib. Tədbir Dövlət Himninin səslənməsi və şagirdlərin müşayəti ilə dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlanıb.

Tədbirə giriş sözü ilə məktəbin direktoru çəxəş edərək dövlət atributumuz olan milli bayrağımızın tarixdndən geniş məlumat verib. Sonra məktəbdə ictimai əsaslarla fəaliyyət göstərən "Gənc Heydərçilər" dərnəyinin və I sinif şagirdlərinin hazırladığı  kompozisiya nümayiş olunub, dövlət bayrağına həsr olunmuş şeirlər səsləndirilib.

Sonda "Dövlət Bayrağı Günü" münasibətilə şagirdlərin hazırladığı əl işlərində ibarət sərgi nümayiş olunub.


Açar sözlər: ,  ,  ,