13.11.2017

Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilib

Qaragüney kənd 1 saylı tam orta məktəbdə Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları çıxış edərək, Konstitusiya Gününün əhəmiyyətindən, dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsindəki rolundan danışıblar. Ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış müstəqil dövlətimizin ilk əsas Qanununun cəmiyyət və dövlətin gələcək inkişafının təməli olduğunu vurğulanıb, hər bir vətəndaşın o cümlədən şagirdlərin də Konstitusiyanı dərindən öyrənmələrinin vacib olduğunu qeyd edilib.


Açar sözlər: ,  ,  ,