14.11.2017

Bülbülün 120 illik yubileyi münasibətilə tədbir keçirilib

Ulacalı kənd tam orta məktəbdə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) 120 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edib.

İlk olaraq şagirdlər tərəfindən sənətkarın zəngin yaradıcılıq yolu və çoxşaxəli fəaliyyəti haqqında  tədbir iştirakçılarına geniş məlumat verilib. Sonra Bülbül haqqında film nümayiş olunub.

Sonda şagirdlər fortepianoda bəstəkarın əsərlərini ifa edib, mahnılar və şeirlər səsləndiriblə.


Açar sözlər: ,  ,  ,