15.11.2017

Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir

Sabirabad rayon ümumtəhsil məktəblərində Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

 Çölbeşdəli kənd tam orta məktəbdə də Azərbaycan xalqının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə bədii gecə keçirilib.

Bədii gecənin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması, onlarda bədii qiraət bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Tədbirdə şagirdlər tərəfindən  M. P. Vaqifin “Pəri”, “Başına döndüyüm”, “Bayram oldu”, “Görmədim”, “Hayıf ki, yoxdur” şeirləri səsləndirilib. Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından “Ağaməhəmməd şah Qacarla Vaqifin görüşü” və “Vaqiflə Molla Vəli Vidadinin deyişməsi” səhnələri  canlandırılıb.

Qeyd edək ki, tədbir “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən keçirilib.


Açar sözlər: ,  ,