17.11.2017

Sabirabad rayon "Likantropiya" komandası "Xəmsə" Milli İntellektual Oyunun zona mərhələsində III yerə çıxıb

Noyabrın 17-də "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının zona mərhələsi keçirilib. Zona mərhələsində Beyləqan, Zərdab, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları və Şirvan şəhərindən 11 qrup mübarizə aparıb. Sabirabad rayonunu oyunda "Likantropiya" və "Sarkazm" komandaları təmsil edib.

Sabirabad rayon "Likantropiya" komandası isə III yerə çıxaraq finala vəsiqə qazanıb. Saatlı rayonunun "Birlik" komandası I yer, Beyləqan rayonunun "Mil" komandası II yerə çıxıb.

"Likantropiya" komandasının üzvləri şəhər 1 nömrəli məktəbin şagirdləri - Sadiq Səmidov, Əli Nuriyev, Təvəkkül Nuriyev, Azər İsmayılov və şəhər 5 nömrəli məktəbin şagirdi Rüfət Əkbərovdur.

Oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdəndir.

Qeyd edək ki, final oyununun dekabr ayında Qəbələ şəhərində keçirilməsi planlaşdırılır.