17.11.2017

Qaragüney kənd tam orta məktəbdə də Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə tədbirlər keçirilib.

Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Qaragüney kənd tam orta məktəbdə də Milli Dirçəliş Günü münasibəti ilə tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə çıxış edənlər bu bayramın 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələri ilə bağlı olduğunu iştirakçıların nəzərinə çatdırıblar.

Daha sonra isə şagirdlərin ifasında müxtəlif rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,  ,