22.11.2017

IX-XI sinif şagirdləri arsında inşa müsabiqəsi kecirilib

Sabirabad ,şəhər 4 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar "Yeni Azərbaycan Partiyasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vətənpərvərliyi müasir gənclik üçün örnəkdir" mövzusunda IX-XI sinif şagirdləri arsında inşa müsabiqəsi kecirilib.

Müsabiqənin əsas məqsədi şagirdlər tərəfindən Yeni Azərbaycan Partiyasının yaranması dövrünü, partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlamasını, ölkəmizin inkişafında YAP-ın oynadığı müstəsna rolu obrazlı şəkildə təsvir etməkdir.


Açar sözlər: ,  ,  ,