28.11.2017

“Milli musiqimizin inkişafında Bülbülün rolu” mövzusunda ədəbi-bədii gecə keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə “Milli musiqimizin inkişafında Bülbülün rolu” mövzusunda ədəbi-bədii gecə keçirilib. Gecə Dövlət himnini səslənməsi ilə başlayıb.

Məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri inkşaf etdirmək, incəsənət sahəsinə meyl və marağı olan şagirdləri müəyyənləşdirib, onların bu bacarıqlarını inkşaf etdirməkdir.

Məktəbin direktoru Mahir Zahidov, musiqi fənnini tədris edən müəllimlər Əsgərova Nurlana, Əliyeva Yaqut və Zeynalova Aytən Bulbul haqqında və onun Azərbaycan musiqisinə miras qoyduğu irs haqqında geniş məlumat veriblər.

Sonra Bulbulə həsr olunmuş videoçarx göstərilib. Həmçinin şagirdlər Bülbulun ifasında səslənmiş musiqiləri ifa ediblər.

Qeyd edək ki, “Bülbülin 120 illik yubleyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli 2847 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin 3 avqust 2017-ci il tarixli 235 nömrəli əmri ilə təsdiq olunmuş “Tədbirlər Planı”na əsasən rayonun bütün ümumtəhsil məktəblərində tədbirdlər, ədəbi-bədii gecələr keçirilir.


Açar sözlər: ,  ,  ,