05.12.2017

“Ağac əkməyə gedirik” mövzusu keçirilib

Sabiarabad şəhər 5 nömrəli tam orta məktəbin 3-cü sinfində həyat bilgisi fənnindən “Ağac əkməyə gedirik” mövzusu keçirilib. Sonra ibtidai sinif müəllimi Günel Əhmədova tərəfindən həmin dərsə uyğun olaraq praktik məşğələ saatı təşkil edilib. Praktik məşğələdə şagirdlər məktəbin həyitində ağaclar əkiblər. Şagirdlərə ağac əkmək və onlara qulluq etmək qaydaları aşılanıb. Şagirdlər ağacların əkilməsində həvəslə iştirak edib.

Məqsəd şagirdlərdə yer üzündə həyatın davam etməsi üçün bitki örtüyünün nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, bitkilərə sevgi ilə yanaşılmasını öyrətmək və ağac əkməyi vərdiş halına çevirməkdir.


Açar sözlər: ,  ,  ,