11.12.2017

"Biz Səndən öyrəndik Vətən sevgisini" adlı tədbir keçirilib

Dekabrın 11-də Sabirabad Rayon Gənclər Mərkəzi və 4 nömrəli məktəbin birgə təşkilatçılığı ilə ulu öndərin anım gününə həsr olunmuş, şəhər 4 nömrəli məktəbdə ictimai əsaslarla fəaliyyət göstərən "Gənc Heydərçilər" dərnəyinin təqdimatında  "Biz Səndən öyrəndik Vətən sevgisini" adlı tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti, Gənclər Mərkəzi, Sabirabad Asan Xidməd Mərkəzinin nümayəndələri və Sabirabad şəhər 1,2, 3, 4, 5, 6, 7, 8, 9 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Sonra tədbir şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.