11.12.2017

Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Beynəlxalq İnsan Hüquqları Günündən bəhs edən videoçarx nümayiş etdirilib.

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Məlikova  bildirib ki, Azərbaycan dövləti üçün insan hüquqları prioritet məsələdir. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladıb. Qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində bir çox əhəmiyyətli sənədlər qəbul edilib. Bu gün gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıq və digər bu kimi halların qarşısının alınması üçün mühüm işlər görülür. və uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırıb.

Sonda müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,