20.12.2017

“Qızıl Bayt  2018” beynəlxalq kompüter çempionatı keçiriləcək

STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə azərbaycanlı gənclərin artıq ikinci dəfə iştirak edəcəyi “Qızıl Bayt  2018” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.

Çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdir.

Çempionata aşağıdakı nominasiyalar üzrə proyekt və ideyalar qəbul olunur:

- proqram lahiyələri müsabiqəsi.

- sistem inzibatçıları nominasiyası.

- mobil proqramlar müsabiqəsi.

- oyun yaratma müsabiqəsi.

- oyun personajlarının yaradılması üzrə müsabiqə.

- web layihələr müsabiqəsi.

- qısa film müsabiqəsi.

- məlumat bazaları ilə iş üçün proqram konkursu.

- 10-17 yaşlı məktəblilər

Qeyd edək ki, Ümumtəhsil müəssisələrinin şagirdləri  Junior Competition (10-17 yaşlı məktəblilər müsabiqəsi )  üzrə bütün yuxarıda göstərilən nominasiyalarda, həmçinin təbiətin qorunması, sosial problemlərin həlli kimi proyekt və ideyaları da təqdim edə bilərlər. Həmin şagirdin (və ya şagirdlərin) müəllimi də mentor kimi layihəyə cəlb oluna bilər. Çempionatın uduş fondu 20 000 dollardır.

Məlumat üçün qeyd edək ki, yarış 3 mərhələdən ibarət olacaqdır:

1. Qeydiyyat  (ideyanın, prototipin, proyektin sayta yüklənməsi və təsvir olunması (Rus və ya İngilis dilində))

2. Regional Final (Bakı)

3. Beynəlxalq final (Ukrayna, Kiyev)

Ətraflı məlumatla çempionatın rəsmi səhifəsindən tanış ola bilərsiniz - http://goldenbyte.org  .

9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir.

İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub.