22.12.2017

Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə Molla Pənah Vaqifin yubileyinə həsr olunan tədbir keçirilib

Rayon ümumtəhsil məktəblərində “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan silsilə tədbirlər təşkil olunur. Belə ki, Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə XVIII əsrin görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə M.P.Vaqifin poeziya dünyası, yaradıcılıq üslubu, həmçinin diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərdə ədalətli və qətiyyətli mövqeyi barədə danışılb. M.P.Vaqifin yaradıcılığında məhəbbətin, dünyəvi gözəlliyin, xüsusən də qadın gözəlliyinin əsas yer tutduğunu bildirilib.

Tədbirdə M.P.Vaqifin şeirləri səsləndirilib və "Vaqif" dramından səhnəcik nümayiş olunub.


Açar sözlər: ,  ,  ,