26.12.2017

Bayraq Muzeyinə ekskursiya təşkil olunub

Sabirabad şəhər Mikayıl Müşfiq adına  4 nömrəli tam orta məktəbin VI sinif şagirdləri üçün yeni inşa olunmuş Bayraq Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya məktəbin məktəbdənkənar tədbirlər planına uyğun olaraq sinif rəhbəri Ulviyyə Həsənovanın rəhbərliyi ilə təşkil olunub.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd Şagirdlər arasında milli vətənpərvərlik ruhunu yuksəltmək, dövlət rəmzlərinə hörməti inkşaf etdirmək, şagirdlərin milli-mənəvi dəyərlərini formalaşdırmaq və şagirdləri vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

Şagirdlər burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyətinə dair sənədlər, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar ilə tanış olublar.