26.12.2017

"Qış Nağılı" adlı sərgi təşkil edilib

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin 2b sinfinin təqdimatında "Qış Nağılı" adlı sərgi təşkil edilib. Sərgidə Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Sərginin açılışını edən sinif müəllimi İradə Rəsulova qonaqları salamlayıb və sərgi haqqında qonaqlara məlumat verib. İradə Rəsulova qeyd edib ki, əl işləri və sərginin hazırlanması valideyinlərin də dəstəyi ilə şagirdlər tərəfindən 1 ay ərzində hazırlanıb.

Tədbir iştirakçıları çıxışları zamanı belə tədbirər istedadlı şagirdlərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi, onlara stimul verilməsi, gələckdə bacarıqlı və cəmiyyətimizə yararlı şəxsiyyət kimi yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Tədbirin sonunda məktəbin direktoru Könül Ağayeva gələckdə istedadlı şagirdlərin aşkar olunması üçün məktəbin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini, belə tədbirlərin mütəmadi şəkildə davam etdiriləcəyini bildirib.

Sonda əl işlərini hazırlayan şagirdlərə məktəbin tərifnaməsi təqdim olunub.