27.12.2017

VI və VII sinif şagirdləri arasında "Mənim hekayəm" adlı müsabiqəs keçirilib

Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdə VI və VII sinif şagirdləri arasında "Mənim hekayəm" adlı müsabiqəs keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onlarda mütaliyəyə həvəs yaratmaq və onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün stimullaşdırmaqdır.

Müsabiqədə 6a sinif şagirdləri  "Silinməz dostluq" adlı hekayələrini təqdim ediblər Sonra hekayə əsasında hazırladıqları səhnəciyi nümayiş etdiriblər.

Sonra isə 6b sinif şagirdləri "Mükafat" adlı hekayələrini təqdim ediblər. Hekayənin bir ailədən bəhs edir. Ata və Ana övladlarını sosial şəbəkələrdən, internetden uzaqlaşdırmaq və dərslərini daha yaxşı oxuması üçün ona mükafatlar verməsindən bəhs edir.

Sonda isə 7b sinif şagirdləri "Şamların söhbəti" adlı hekayələrini təqdim edib və səhnələşdiriblər.


Açar sözlər: ,  ,