23.01.2018

Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə ekskursiya təşkil olunub

Sabirabad rayon Yastıqobu kənd ümumi orta məktəbin müəllim və şagird kollektivi Heydər Əliyev Mərkəzi və Bayraq Muzeyinə ekskursiya ediblər.

Belə tədbirlər şagirdlərin milli mənəvi dəyərlər və ənənələr, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına xidmət edir.

Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzinin binası ilə tanış olmuşlar. Şagirdlər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyəti barədə məlumat alıb, Mərkəzdə nümayiş olunan sərgilərə baxıb, eksponatlar haqqında maraqlı faktlar öyrəniblər.

Sonra Şagirdlər Bayraq Muzeyində Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyətinə dair sənədlər, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar ilə tanış olublar.