19.02.2018

4 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə məktəbin tədbirlər planına uyğun olaraq istedalı şagirləri üzə çıxarmaq, onların xarici dil fənninə meyl və maraqlarını artırmaq və inkşaf etdirmək məqsədilə "İngilis dili gecəsi" keçirilib.

Fənn gecəsində şagirdlər ingilis dilində şeirlər səsləndirib, mahnılar oxuyublar və şagirdlər arasında soz ehtiyyatlarını yoxlamaq məqsədilə yarışlar keçirilib.

Gecəni təşkil edən məktəbin ingilis dili müəllimləri Maya Qəhramanova, Seyidsona Həbibova və Mənzər Huseynova ingilis dilinin öyrənilməsinin vacibliyindən danışıb, şagirdləri bu dili daha dərindən mənimsəməyə çağırıblar.


Açar sözlər: ,  ,  ,