20.02.2018

Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması üçün tədbirlərə start verilib

Təhsil nazirinin 05.01.2018-ci il pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə 21 nömrəli əmrinə həyata keçirilməsi məqsədi ilə Saatlı və Sabirabad rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında təcrübə mübadilələrinin həyata keçirmək üçün tədbirlər təşkil olunur.

İlk olaraq Saatlı rayon Varxankənd kənd tam orta məktəbin müəllimləri Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə olublar.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.


Açar sözlər: ,