Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə ağacəkmə aksiyası təşkil olunub.
Aksiyanın təşkil olunmasının məqsədi ətraf mühitin mühafizəsi, təbiətin qorunması, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
Va sinifinin sinif rəhbəri Nurlana Əsgərova tərəfindən təşkil olunan və şagirdlərin iştirak etdikləri aksiya zamanı məktəbin həyətyanı sahəsində müxtəlif növ ağaclar əkilib, bitkilərə aqrotexniki qulluq göstərilib.
Məktəbdə ağacəkmə aksiyası və bitkilərə aqrotexniki qulluq yaz mövsümündə davam etdirilməsi nəzərdə tutulur.