01.03.2018

IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə buraxılış imtahanlarına hazırlıq məqsədilə IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib.

Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının əsasnaməsinə uyğun olaraq aparılıb. Belə ki, imtahanların I mərhələsinə uyğun olaraq təqdim edilmiş 30 sualın 20-si Azərbaycan dili, 10-u isə riyaziyyat fənnlərini əhatə edib.

İmtahanın keçirilməsi şagirdlərin imtahan qabağı öncəsi psixoloji cəhətdən hazırlığının yüksəldilməsinə və şagirdlərin zəif mənimsədikləri mövzuları vaxtında aşkar edib, çatışmazlıqların aradan qaldırlmasına xidmət edir.


Açar sözlər: ,  ,