Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş müsabiqənin rayon mərhələsində Sabirabad şəhər 5 nömrəli məktəbin 11-ci sinif şagirdi Fidan Abdullayeva Nüranə və şəhər 6 nömrəli məktəbin 9-cu sinif şagirdi Nigar Musayeva birinciliyi əldə edərək ölkə mərhələsinə vəsiqə qazanıblar.
Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynayır.