Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) mentorları tərəfindən "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" üzrə monitorinq keçirilib. Monitorinq TİPİİ-nin nümayəndəsi Sevinc Məhərrəmova tərəfindən əvvəlcədən müəyyənləşdirilmiş meyarlara əsasən məktəbdə movcud olan iki - "A" və "B" məktəbəhazırlıq qruplarında həyata keçirilib.
Monitorinq zamanı Məkətəbəhazırlıq qrupunda dərs deyən müəllimlərin - Həqiqət Nəsirova və Yaqut Dəmirovanın dərs prosesində müşahidələr aparılıb. Monitorinqlərin sonunda hazırlıq qruplarında dərs aparan müəllimlərlə TİPİİ tərəfindən əlavə qrup görüşü keçirilərək və müvafiq təlimatlar veriləcəkdir.
Mnitorinqlərin keçirilməsində əsas məqsəd təlimlərin keyfiyyətini təhlil etmək, məlum qüsurları gələcəkdə aradan qaldırmaq yollarını müzakirə etmək və müvafiq addımlar barədə fikir mübadiləsi aparmaqdır.