12.04.2018

Əhmədabad kənd tam orta məktəbdə məktəb radiosu fəailliyyətə başlayıb

Əhmədabad kənd tam orta məktəbdə məktəb radiosu fəailliyyətə başlayıb. Radionun yaradılmasında məqsəd məktəbin müəllim və şagirdlərinə təhsildə baş verən yeniliklər barədə məlumat çatdırmaq, şagirdlərin bacarıqlarını inkişaf etdirmək, dünyagörüşlərini artırmaq, həmçinin tədrisin keyfiyyətini yüksəltmək, təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının cavablandırılmasını təmin etməkdir.

Radioda məktəbin elanları, müəllim və şagirdlərin müsahibələri, şeirlər, lətifələr, təbriklər səsləndiriləcək.

Məktəb daxilində yayımlanan radio həftə içi hər gün saat 11:00-da, 20 dəqiqə ərzində məktəbin təşkilat işləri üzrə direktor müavini Bayram Şəhriyev, Uşaq Birliyi Rəhbəri Sədəf Məmmədəliyeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Əmiraslanovanın birgə rəhbərliyi ilə yayımlanacaq.


Açar sözlər: ,  ,