Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə tədbirlər planına uyğun olaraq Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Əsrlərdən süzülüb gələn Azərbaycan" adlı tarix gecəsi keçirilib.
Gecənin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərləri möhkəmləndirmək və vətənpərvərlik ruhunda tərbiyə etmək, tariximizi daha dərindən öyrətmək və tarix fənninə marağın artırılmasıdır. Gecə Dövlət himnin səslənməsi ilə açıq elan olunub.
Tarix gecəsində V-XI sinif şagirdləri Azərbaycanın dövlətçilik tarixindən, milli adət-ənənələrindən, xörəklərindən və tarixi abidələri haqqında geniş məlumat veriblər. Sonra Azərbaycan ərazisində movcud olan dövlətlərdən bəhs edən kompozisiya nümayiş olunub. Şagirdlər Cümhuriyyət dövrünün mövcud olduğu tarixi keçmişə qısa səyahət edib, şeirlər və mahnılar səsləndiriblər.
Sonda məktəbin tarix müəllimi "Tərəqqi" medalı ilə təltif olunmuş Solmaz Zeynalova, Aidə Salayeva, Əməkdar müəllim Bəhmən Quliyev şagirdlərə tariximizin zənginliyindən, müstəqillliyimizin tarixindən və dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri haqqında geniş məruzə ediblər.