Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.
7 aprel tarixdə keçirilən yarımfinal mərhələsində Sabirabad rayon ümumtəhsil məktəblərindən 29 şagird biliyini sınayıb. Nəticələrə əsasən onlardan yalnız coğrafiya fənnindən 2 nəfəri final turuna vəsiqə qazanıb.
Qeyd edək ki, olimpiadada respublika üzrə ümumilikdə 5056 şagird iştirak edib, onlardan 687 nəfəri final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.
Coğrafiya fənni XI sinif |
Sl/S |
D/S |
S/S |
Bal |
Səməd Əliyev / Muğangəncəli kənd tam orta məktəb |
25 |
24 |
1 |
95 |
Mətləb Məmmədov / şəhər 5 nömrəli tam orta məktəb |
25 |
24 |
1 |
95 |