24.04.2018

Şair Xanoğlan Əsgərovun həyat və yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib

Mikayıl Müşfiq adına şəhər 4 nömrəli tam orta məktəbdə "Qızıl qələm" mükafatı, "Ən yaxşı vətənpərvər şair" qızıl medalına layiq görülmüş Sabirabad rayon Surra kəndində yaşayan şair Xanoğlan Əsgərovun həyat və yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib.  Görüşdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Gecə şagirdlərin bədii yaradıçılıqlarını inkşaf etdirmək, onların bu istiqamətdə meyl və bacarıqlarını artırmaq məqsədilə keçirilib.

Əvvəlcə tədbir iştirakçılarına yazıçı Xanoğlan Əsgərovun həyat və yaradıcılığını əks etdirən videoçaxr nümayiş olunub. Şagirdlər onun müəllifi olduğu kitablardan şeirlər səsləndiriblər.

Xanoğlan Əsgərov şagirdlərə tələbəlik illəri, yaradıcılıq yolu haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sonra  gecəyə İsveçrədən, Ukraynada yaşayan azərbaycanlıların diasporanın rəhbərliyi, Gəncəbasar bölgəsindən və Azərbaycanın digər bölglərindən tədbirə video görüntülü bağlantı quraraq öz ürək sözlərini bildiriblər

Sonda şair məktəbin kitabxanasına və rəhbərliyinə  müəllifi olduğu kitablardan hədiyyə edib. Məktəb kollektivi tərəfindən də şairə xatirə olaraq öz portreti hədiyyə edilib.


Açar sözlər: ,  ,  ,