25.04.2018

“Şahin” hərbi-idman oyunlarının zona yarışlarına yekun vurulub

Şirvanda yuxarı sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının zona yarışlarına yekun vurulub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən zona yarışında Şirvan şəhər, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının məktəbliləri mübarizə aparıblar.

Komandalar sıra hazırlığı, darağa patronunun doldurulub-boşaldılması, avtomatın sökülməsi və yığılması, maneənin dəf olunması, mülki müdafiə hazırlığı kimi tapşırıqlar yerinə yetiriblər. Hacıqabul məktəbliləri I, Saatlı II, Sabirabad şəhər 4 nömrəli tam orta məktəbin "Qarabağ" komandası isə III yerə layiq görülüb.

Qaliblər fəxri fərman və diplomla tərtib olunublar.