25.04.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində növbəti görüş Saatlı rayon Əlisoltanlı kənd tam orta məktəbində keçirilib

Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Saatlı və Sabirabad rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında təcrübə mübadilələrinin həyata keçirmək üçün təşkil olunan tədbirlər davam etdirilir.

Pedaqoji əməkdaşlıq çərçivəsində növbəti görüş Saatlı rayon Əlisoltanlı kənd tam orta məktəbində keçirilib. Görüşdə Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov Sabirabad şəhər bir nömrəli orta məktəbin direktoru Sevinc Xəlilova və məktəbin müəllimləri, Əlisoltanlı kənd tam orta məktəbin direktoru Nizami məmmədov və məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Görüş zamanı müəllimləri arasında təcrübə mübadilələsini həyata keçirməl üçün qonaqlar dərs prosesində iştirak ediblər. Sonra isə müəllimlər otağında iclas keçirilib. İclasda təhsil şöbəsinin müdiri Seyidağa Kazımov Pedaqoji əməkdaşlığın əhəmiyyətindən danışıb. Daha sonra Nizami Məmmədov məktəbin tarixi və uğurları haqqında qonaqlara məlumat verib.

Sonda qonaqlar Əlisoltanlı kənd tam orta məktəbində ibtidai sinif şagirdləri arasında keçirilən "Xəmsə" milli intellektual oyununun final mərhələsində tamaşaçı qismində iştirak ediblər.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.


Açar sözlər: ,