01.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ekskursiya təşkil olunub

Sabirabad rayon Moranlı kənd tam orta məktəbin şagirdləri üçün Bayraq Muzeyi, Heydər Əliyev Mərkəzi və Şəhidlər Xiyabanına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ekskursiya təşkil olunub.

Ekskursiya şagirdlərin  milli mənəvi dəyərlər və ənənələr, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına xidmət edir.

Bayraq muzeyində şagirdlərə muzey haqqında ətraflı məlumat verilib. Burada  şagirdlər Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar, həmçinin müxtəlif illərə aid poçt markaları, orden və medallar ilə tanış olublar.

Şagirdlər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyəti barədə məlumat alIb, Mərkəzdə nümayiş olunan sərgilərə baxmış, eksponatlar haqqında maraqlı faktlar öyrənİblər.

Sonda isə şagirdlər Şəhislər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər