03.05.2018

"Məktəblilərin təqdimatında alimlər" aylığı çərçivəsində təqdimat keçirilib

Sabirabad rayon Azadkənd kənd tam orta məktəbdə "Məktəblilərin təqdimatında alimlər" aylığı çərçivəsində  Yusif Məmmədeliyev, Lütfi Zadə və Nəsirəddin Tusinin həyat və fəaliyyəti haqqında təqdimat keçirilib. Həmçinin Albert Eynşteyn, Nikolay Kopernik, Mixail Lomonosov və Nobel mükafatçıları haqqında silsilə məruzələr dinlənilib.

Tədbirdə şagirdlər tərəfindən edilən məruzələr məktəbin müəllimlər Ellada Səmədova, Zərbəyim Rüstəmova, İlham Əhmədov, Əminə Babayeva və  İntizar Əbilova tərəfindən dinlənilib və müzakirə olunub.

Təqdimatda məktəbin VII-IX sinif şagirdləri çıxış ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi, onlara sərbəst araşdırma və sərbəst təqdim etmə bacarıqlarının aşılanması və məhşur alimlər haqqında ətraflı və maraqlı məlumatlarla tanışlıqlarına şərait yaradılması olub.


Açar sözlər: ,  ,  ,