Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 saylı tam orta məktəbdə "Ümumtəhsildə Keyfiyyət ili" ilə əlaqədar məktəbin tədbirlər planına uyğun olaraq şagirdlərdə riyaziyyat fəninnə olan marağı artırmaq, bu fənnə meyl və marağı olan istedalı şagirdləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını inkşaf etdirmək məqsədi ilə "Riyaziyyat hər yerdə" adlı riyaziyyat gecəsi keçrilib.
Gecədə şagirdlərin hazırladıqları bədii gecə başlayıb. Şagirdlər yumoristik riyazi səhnəciklər, mahnılar, görkəmli riyaziyyatçılar haqqında maraqlı məlumatlarla çıxış ediblər.Tədbirdə təhsil şöbəsini əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Sonda çıxış edən məktəbin direktoru Mahir Zahidov tədbirin təşkilinə görə fənn müəllimlərinə və şagirdlərə təşəkkür edərək, bu kimi tədbirlərin şagirdlərin təlim-tərbiyəsindəki önəmindən söz açıb.