10.05.2018

Psixoloji-tibbi-pedaqoji komissiyaların nümayəndələri ilə regional təlim keçirilib

Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin akt zalında psixoloji-tibbi-pedaqoji komissiyaların üzvlərinin iştirakı ilə regional  təlim keçirilib. Təlimdə Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların müdafiəsi idarəsi xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov, Sabirabad, Saatlı, İmişli, Beyləqan təhsil şöbələrinin rəhbərləri və adları qeyd olunan təhsil şöbələrinin nəzdnində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların nümayəndələri iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd psixoloji-tibbi-pedaqoji komissiyaların işlərinin keyfiyyətinin və onların kompetensiyalarının artırılmasıdır.

Təlimdə 2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud olan şəxslərin təhsil ehtiyaclarının ödənilməsi ilə bağlı hesabatlar baxış keçirilib, qarşıya çıxan problemlər müzakirə olunub və tövsiyələr verilib.

Həmçinin, qruplar tərəfindən sağlamlıq imkanları məhdud olan şəxs barəsində təqdimatlar hazırlanıb.


Açar sözlər: ,  ,