Qaragüney kənd tam orta məktəbdə Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən Gül bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə öncə Ulu öndərin xatirəsinə həsr olunmuş şagirdlərin əl işləri və Azərbaycan Xalq Cümhuriyyətinin üzvlərinin fotoları sərgilənib. Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınması baxımından misilsiz xidmətlərindən danışılıb.
Həmçinin, məktəbdə "Azərbaycan Xalq Cümhuriyyəti" və "Heydər Əliyev" mövzusunda inşa müsabiqəsi də keçirilib.