10.05.2018

Əhmədabad kənd tam orta məktəbində yoldaşlıq görüşü təşkil olunub

Əhmədabad kənd tam orta məktəbdə Bakı Anadolu Türk Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub. Görüşdə liseyin müəllimləri və 11-ci sinif şagirdləri axıskalıların tarixi, ədəbiyyatı, yeməkləri, musiqiləri ilə yaxından tanış olublar. Məktəblilərin hazırladığı axıska şairlərinin şeirləri və milli rəqslərindən ibarət kompozisiyalar qonaqlar tərəfindən maraqla izlənilib. Liseyin şagirdləri də öz növbələrində milli musiqi alətlərində ifa ediblər.

Axıskalı yaşlı kənd sakinləri Əfrail Yusufov və Şahzadə Cabbarov öz tarixi vətənlərindən, başlarına gətirilən müsibətlərdən gələn qonaqlara danışıblar.

Sonda liseyin müəllimləri bu görüşün  keçirilməsində təşəbbüskar Bayram Şəhriyov və tədbirin təşkilatçıları Sədəf Məmmədəliyevaya, Gülər Əmiraslanovaya təşəkkür edib, çox məmnun qaldıqlarını bildiriblər. Sonda yoldaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün  Əhmədabad kənd tam orta məktəbin müəllim və şagirdləri Bakı Anadolu Türk Liseyinə dəvət olunublar.


Açar sözlər: ,  ,  ,