16.05.2018

4 nömrəli tam orta məktəbdə Əlifba bayramı keçirilib

Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə Əlifba bayramı keçirilib.

Bayram mərasiminin əvvəlində Dövlət himni səsləndirilib. Aparıcı birinci sinif şagirdlərini mərasim iştirakçılarına təqdim edib. Birinci sinif şagirdləri dünyanın möcüzələrinin sirli-sehirli qapılarını onların üzünə açmış ilk kitab - Əlifba haqqında Azərbaycan, rus və ingilis dillərində mahnı və şeirlər oxuyub, səhnəciklər göstəriblər. Milli paltar geymiş qız və oğlanlar Əlifbaya, Azərbaycana, Vətənə həsr olunmuş şeirlər söyləmyib, xalq rəqslərini ifa ediblər. Yuxarı sinif şagirdləri birinciləri şeir və mahnılarla təbrik ediblərlər.

Mərasimin sonunda məktəbin direktoru Mahir Zahidov şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.


Açar sözlər: ,  ,