18.05.2018

Müddətsiz əmək müqaviləsi ilə işə qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlanıb

2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək, tələb olunan zəruri keçid balını toplamış və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər ilə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədi ilə aprel ayının 26-27 tarixlərində müsahibələr keçirilib.

Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsahibələrdə Sabirabad Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimdən 18 müəllim müvəffəq nəticə əldə edib.


Açar sözlər: ,