Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbdə "Təhsildə keyfiyyət ili" ilə əlaqədar I siniflərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, məzmun standartlarının müəllimlər tərəfindən reallaşdırılması vəziyyətini müəyyənləşdirmək məqsədilə Azərbaycan dili, riyaziyyat, həyat bilgisi və informatika fənləri üzrə, hər bir fəndən 10 sual olmaqla 40 sualdan ibarət direktoryani monitorinq keçirilib.
Fənnlər üzrə sualların 80 faizi açıq tipli, 20 faizi qapalı suallar olub. İmtahan prosesində şəffaflığı və obyektivliyi qorumaq məqsədilə, imtahan əvvəlcədən yaradılmış məktəbdaxili komisiya tərəfindən aparılıb.