1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad şəhər 4 nömrəli tam orta məktəbdə "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib. Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub.
Tədbirdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə məlumat verilib. Məktəbin direktoru ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbət ilə yanaşdığını, Prezident İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıb.
Tədbirdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar, fləşmob, idman nömrələri nümayiş etdiriblər. Sonda 1 iyun tarixni əks etdirən fləşmob nümayiş etdiriblər.