05.06.2018

"Promethean - ağıllı lövhədən istifadə" təlim kursu davam edir

Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə birlikdə İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) təhsildə səmərəli tətbiq etmək istəyən ümumi təhsil məktəblərinin müəllimləri üçün təşkil etdiyi "Promethean - ağıllı lövhədən istifadə" təlim kursu davam edir.

Təlim İTE Əlavə Təhsil Mərkəzinin təlim üzrə mütəxəssisləri tərəfindən aparılır. Təlim tək nəzəri biliklərin deyil həm də praktik bacarıqların formalaşması istiqamətində də təşkil olunur.

Təlimlər Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə  keçirilir. Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda  “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  adından ixtisasartırma sertifikatı veriləcəkdir.


Açar sözlər: ,  ,