04.06.2018

"Promethean - ağıllı lövhədən istifadə" təlim kursunun yekun imtahanı keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə ümumi təhsil məktəblərinin müəllimləri üçün təşkil etdilən "Promethean - ağıllı lövhədən istifadə" təlim kursunun yekun imtahanı keçirilib. İmtahanda rayon ümumtəhsil məktəblərinin 45 müəllimi iştirak edib.

Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  adından sertifikatlar veriləcəkdir.

Qeyd edək ki, Sabirabad şəhər 5 nömrəli tam orta məktəbdə təlimlərin II və III mərhələsi də keçiriləcəkdir. Təlimlər 5 gün müddətində keçirilir.


Açar sözlər: ,  ,