Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində Saatlı rayon Qarayevkənd kənd tam orta məktəbin müəllimi - Gülnar Muxtarovanın "Yeni işə qəbul olmuş müəllimlər üçün yay düşərgəsi" layihəsi fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlib.
Layihənin məqsədi kənd məktəblərində yeni işə qəbul olan müəllimlərin praktik bilik və bacarıqlarını yay düşərgəsində təşkil ediləcək təkmilləşdirmə kursu ilə artırmaqdır.
Layihə çərçivəsində gənc müəllimlər yay tətilini istirahət etməklə yanaşı, əvvəlki tədris ilində qazanılan uğurları və üzləşilən problemləri nəzərdən keçirəcəklər, müsbətə doğru nəticələr əldə etmək və gələcək il üçün hazırlaşmaq, və tədris bacarıqlarını zənginləşdirmək şans qazanacaqlar.
Layihədə Saatlı, Sabirabad və İmişli rayonlarının ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak edə bilərlər.
İştirak etmək üçün qeyd olunan linkə daxil olub qeydiyyatdan keçmək tələb olunur: https://bit.ly/2IJcOKm