Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə X respublika olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər və olimpiadanın qalibləri iştirak ediblər.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov bildirib ki, Azərbaycanda rus dili və ədəbiyyatı üzrə olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub.
Olimpiadanın nəticələrinə əsasən isə Sabirabad rayon Şəhriyar kənd tam orta məktəbin şagirdi Aliya Xaritonova olimpiadanın qaliblərindən olublar. Onlar diplom və hədiyyələrlə təltif ediliblər.
Olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.