İyunun 14-də şəhər 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra məktəbin direktoru Mahir Zahidov rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb, məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb.
Daha sonra məktəbdə keçirilən monitorinq imtahanlarında ən yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.