Sabirabad şəhər 6 nömrəli tam orta məktəbdə X sinif şagirdi Varis Mehdizadə Sabirabad Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmanla təltif olunub. Mərasimdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və məktəblinin valideynləri iştirak ediblər.
Varis Mehdizadə Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında güləş üzrə Avropa çempionatında iştirak edərək, bürünc medala sahib olub.
Sərbəst güləşçilərin mübarizəsində Varis Mehdizadə (75 kq) bürünc medala sahib olub
Kiçik yaşlarından sərbəst güləş idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərdə iştirak edərək dəfələrlə medallara layiq görülüb.